Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib

Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib

İranda Nətənzdə nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkarlandı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, İranda Nətənzdəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə müşahidə olunub. Bu barədə məlumat Tehranın təşəbbüsü ilə keçirilən BMT-nin təcili iclasında təqdim edilib.

Qrossi qeyd edib ki, radiasiya müdafiəsi tədbirləri sayəsində bu çirklənmə nəzarət altındadır və təhlükəsizlik təmin olunur. AEBA İrana nüvə obyektlərinin tam qorunmasını və onların sülh məqsədləri üçün istifadəsini təmin etmək məqsədilə ekspert qruplarını göndərməyə hazırdır.

Baş direktor həmçinin vurğulayıb ki, nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır, çünki bu, regional və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır.