Qazaxıstan XİN: Azərbaycan xalqına davamlı güc və rifah arzu edirik

Qazaxıstan XİN: Azərbaycan xalqına davamlı güc və rifah arzu edirik

Qazaxıstan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə rəsmi şəkildə təbrik edib. Qardaş ölkənin Xarici İşlər Nazirliyi bu münasibətlə “X” sosial şəbəkəsində paylaşım edərək Azərbaycan xalqına ən səmimi arzularını bildirib.

Paylaşımda qeyd olunub:

“Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq. Bakıya davamlı güc, rifah və firavanlıq arzulayırıq!”

Bu təbrik Qazaxıstan və Azərbaycan arasında dostluq və strateji əməkdaşlığın bir daha təsdiqi kimi qiymətləndirilir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümündə göstərilən bu diqqət iki ölkə arasında möhkəm diplomatik əlaqələrin göstəricisidir.

Qazaxıstan-Azərbaycan əlaqələri son illərdə iqtisadi, siyasi və mədəni sahələrdə daha da inkişaf edib. Bu kimi rəsmi təbriklər isə həmin münasibətlərin səmimiyyətini və qarşılıqlı hörmətə əsaslandığını əks etdirir.