“Qalatasaray”ın əcnəbi ulduzunun xanımı türk şəhidlər üçün ağladı

“Qalatasaray”ın əcnəbi ulduzunun xanımı türk şəhidlər üçün ağladı

Dünən Türkiyə Super Liqasının Qalatasaray-Gənclərbirliyi matçında Suriyanın İdlib vilayətində şəhid olan 36 türk əsgəri anılıb.

Birmillet.az Fanat.az-a istinadən xəbər verir ki, anım tədbiri zamanı “Türk Telekom Arena”da duyğulu anlar yaşanıb.

Arenada bütün oturacaqlara Türkiyə bayraqları qoyulub. Stadionun tablosunda şəhidlərin şəkilləri göstərilib və adları oxunub. Azarkeşlər şəhidlərin adları oxunanda “Burda!” qışqırıb.

Oyunu izləyənlər arasında “Qalatasaray”ın oyunçusu Martin Linnesin həyat yoldaşı Elisabeth Haugen də olub. Norveçli futbolçunun xanımı şəhidlərin adı oxunarkən göz yaşlarını saxlaya bilməyib.