“Qalatasaray”da ciddi itkilər

“Qalatasaray”da ciddi itkilər

Türkiyə Superliqasının 8-ci turunda “Sivasspor”la qarşılaşacaq “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Radamel Falkao və Mario Lemina qarşıdakı görüşü buraxacaq. Hər iki futbolçu zədədən əziyyət çəkir.

Qeyd edək ki, “Qalatasaray” – “Sivasspor” matçı oktyabrın 18-də keçiriləcək.

İstinad: Milli.az