Azərbaycanın diplomatik xidmət tarixinin 100 illiyi qeyd olundu
Azərbaycan prezidenti İlham Əliyev Erzurum Büyükşehir bələdiyyə başçısı Mehmet Sekmeni şərəf ordeni ilə təltif etdi. Azərbaycan-Qars Baş Konsulluğunda baş tutmuş tədbirdə çıxış edən Sekmen “Biz iki ayrı dövlət ola bilərik, amma tək millətik və qardaşıq” dedi. Azərbaycan Respublikası diplomatik xidmət tarixinin 100 illiyi münasibətilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunda şərəf ordeni təqdimatı keçirildi. İştirakçılar arasında Mehmet Sekmen də vardı. Tədbirə qoşulanlara Azərbaycanın qurulması tarixindən bəhs edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Azərbaycan-Türkiyə dostluq əlaqələrinin get-gedə gücləndiyini bildirib.
“Biz bir millət, iki dövlətik”
Təltifetmə mərasimində bələdiyyə başçısı bunları dedi: “Bir millət, iki dövlət olaraq dost və qardaş Azərbaycanı hər zaman öz dövlətimiz kimi gördük və hiss etdik. Eyni millət olmağın qürurunu birgə yaşayırıq. Türkiyənin sıxıntılı vaxtlarında Azərbaycan dövləti həmişə yanımızda olub. Biz də Azərbaycan dövlətinin yaxınlığını, dostluğunu həmişə ürəklərimizdə hiss etmişik və şəhərimizdəki küçələrdən birinə Azərbaycan Bulvarı adını vermişik. Üstəlik, bu küçənin yanında yerləşən möhtəşəm bir sahəni parka çevirərək həm xalqımızın istifadəsinə vermişik, həm də ona Heydər Əliyevin adını qoymuşuq. Dedik ki, bu ad türk milləti və Ərzurum var olduqca burda qalacaq. Beləliklə, Azərbaycan dövlət başçısına 100 illik münasibətilə mənə layiq gördüyü bu medaldan dolayı təşəkkür edirəm və bu xatirəni şərəf və qürurla daşıyacağıma söz verirəm.“
Mənbə: haberler.com












































