Mübariz Mənsimov martın 15-də Türkiyədə saxlanılıb.
Birmillet.az xəbər verir ki, məlumatı Türkiyənin “Sabah” qəzeti yayıb. Qəzet yazır ki, Mübariz Mənsimov İstanbul Baş Prukurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə Idarəsinin apardığı araşdırma nəticəsində saxlanılıb.
Hazırda iş adamına məxsus evlərdə axtarış aparıldığı bildirilir.
Mübariz Mənsimovun FETO ilə bağlı dindirəcəkləri qeyd olunub. Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib. Hazırda illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.
Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen inşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında “Palmali” və “SOCAR” ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl “Palmalı” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yayılmışdı.












































