Mövlud Çavuşoğlu: Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq

Mövlud Çavuşoğlu: Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq

Yanvarın 23-də Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmi hazırda Qabon sahillərindədir. 

 Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var: “Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”. 

M. Çavuşoğludəniz quldurlarının girov götürdüyü 15 nəfərin azad edilməsi üçün bütün addımların atılacağını söyləyib: “Vətəndaşlırımızı qaçıran dəniz quldurları hələ əlaqə saxlamayıb, tələblərini bildirməyiblər”. 

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. 

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.