Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək

Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək. 

Birmillet.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə M. Çavuşoğlu ispaniyalı həmkarı Arança Qonzalez Laya ilə Madriddə birgə keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, yanvarın 21-də Brüsselə baş tutacaq səfəri çərçivəsində Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşəcək.