Mikayıl Cabbarov: “Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb”

Mikayıl Cabbarov: “Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb”

2021-2024-cü illər ərzində sahibkarlar tərəfindən Azərbaycanın sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Nazirin sözlərinə görə, həmin dövrdə sənaye zonalarında 865 daimi iş yeri yaradılıb. Eyni zamanda 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun 4,08 milyard manatı ixracın payına düşür.

Sənaye zonalarının fəaliyyəti ölkə iqtisadiyyatının şaxələndirilməsinə, investisiyaların artırılmasına, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın genişlənməsinə mühüm töhfələr verir. Bu zonalar həm də innovativ inkişafın təşviqi baxımından əhəmiyyət daşıyır.