Məsut Özilin “Fənərbaxça”ya keçidi rəsmiləşib

Məsut Özilin “Fənərbaxça”ya keçidi rəsmiləşib

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Türkiyənin “Fənərbaxça” klubuna keçib.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, İngiltərənin “Arsenal” klubundan ayrılan yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayıb.

İstanbul klubu almaniyalı ilə 3,5 illik anlaşmanı rəsmiləşdirib. Cari mövsümün ikinci yarısında Özilin maaşını “Arsenal” ödəyəcək.

Sonrakı üç ildə futbolçu “Fənərbaxça”dan ildə 5 milyon avro alacaq. İstanbul təmsilçisi yarımmüdafiəçiyə keçidi üçün əlavə 2,5 milyon da ödəyəcək.