Məsut Özil “Arsenal”la müqaviləyə xitam verilməsi barədə anlaşma əldə edib

Məsut Özil “Arsenal”la müqaviləyə xitam verilməsi barədə anlaşma əldə edib

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil və İngiltərənin “Arsenal” klubu müqaviləyə xitam verilməsi barədə prinsipial anlaşma əldə edib.

Birmillet.az saytı Apasport.az saytına istinadən xəbər verir ki, danışıqlarda gözlənilməz problem yaranmasa, 32 yaşlı türk yarımmüdafiəçi yaxın günlərdə “Fənərbaxça” ilə müqavilə imzalayacaq.

Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək. O, İstanbul klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Məsut cari mövsüm “Arsenal”ın iştirak ərizəsinə daxil olunmayıb.