KTMT-nin Baş katibi: Hindistan və Pakistan münaqişənin deeskalasiyası üçün bütün imkanlardan istifadə etməlidir

KTMT-nin Baş katibi: Hindistan və Pakistan münaqişənin deeskalasiyası üçün bütün imkanlardan istifadə etməlidir

Hindistan və Pakistan arasında gərgin münasibətlərin fonunda tərəflər münaqişənin deeskalasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Bişkekdə keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı bildirib.

Tasmaqambetov qeyd edib ki, Hindistan və Pakistan arasında münasibətlərin kəskin şəkildə pisləşməsi və bunun ciddi silahlı toqquşmalara səbəb olması beynəlxalq ictimaiyyəti narahat edir. Onun sözlərinə görə, son zamanlar qarşıdurmanın şiddətinin azalması müsbət hal sayılsa da, münaqişənin yenidən qaynar fazaya keçməsi riski hələ də yüksək olaraq qalır.

KTMT rəsmisi əlavə edib ki, regionda sabitliyin qorunması üçün tərəflər dialoq və diplomatik kanallar vasitəsilə əməkdaşlığı gücləndirməlidir.