Türkiyədə koronavirus – vətəndaşlar arasında koronavirusdan ilk ölüm halı qeydə alınıb

Türkiyədə koronavirus –  vətəndaşlar arasında koronavirusdan ilk ölüm halı qeydə alınıb

Dünyada 102 mindən çox insanda aşkarlanan koronavirusdan ilk dəfə bir türk vəfat edib.

Birmillet.azQafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Fransada yaşayan Türkiyə vətəndaşı, Mersin şəhərindən olan Halil Bıçkı sözügedən epidemiya nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, onun cənazəsinin Türkiyəyə gətirilməsinə icazə verilməyib.

Qeyd edək ki, bu günədək Fransada 577 nəfər koronavirusa yoluxub, 9 nəfər dünyasını dəyişib.