KİV: İsrail Təbrizə yeni zərbələr endirib

KİV: İsrail Təbrizə yeni zərbələr endirib

İsrail Təbrizə Yeni Zərbələr Endirib

İsrail İranın Təbriz şəhərinə yeni zərbələr endirib. Bu barədə İranın “Press TV” telekanalı özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. Bildirilib ki, İsrailin zərbəsindən sonra İranın şimal-qərbində yerləşən Təbriz şəhərinin səmasında tüstü qalxıb.

Partlayış görüntüləri ilə müşayiət olunan məlumatda hücumun təsvirləri paylaşılıb. Öz növbəsində, İranın “Mehr News” agentliyi əlavə edib ki, əldə olunan ilkin məlumatlara əsasən, İsrailin hücumu Təbriz neft emalı zavodunun ətrafındakı ərazini hədəfə alıb. Hücumun nəticələri və mümkün itkilərlə bağlı araşdırmalar davam etdirilir.