KİV: İsrail hesab edir ki, ABŞ-nin zərbələrinə baxmayaraq İranın zənginləşdirilmiş uranı qalıb

KİV: İsrail hesab edir ki, ABŞ-nin zərbələrinə baxmayaraq İranın zənginləşdirilmiş uranı qalıb

İsrailin hücumlarına baxmayaraq, İran zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxlayır

İsrailin hərbi hücumlarına və ABŞ-nin nüvə obyektlərinə zərbələrinə baxmayaraq, İran hələ də zənginləşdirilmiş uran ehtiyatlarına malikdir. “The New York Times” qəzeti İsrailin yüksək vəzifəli məmuruna istinadən xəbər verir ki, Fordo və Natanzadakı nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uran ehtiyatları toxunulmaz qala bilər.

Məlumata görə, ABŞ və İsrail tərəfləri həmin obyektlərdəki sentrifuqaların sıradan çıxarılmasına və ya zədələnməsinə baxmayaraq, İranın ehtiyatlarını qorumağı bacardığını qəbul edirlər. Eyni zamanda, Tehranın bu sentrifuqaları yenidən iş vəziyyətinə qaytarmaq ehtimalının az olduğu qeyd edilir.

Nəşrin yazdığına görə, İran nüvə proqramını əvvəlki kimi bir mərkəzdə cəmləməkdənsə, ölkədəki kiçik müəssisələrə yayma strategiyasına keçə bilər.

İran isə dəfələrlə bəyan edib ki, nüvə silahı hazırlamaq niyyətində deyil. Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi də Polşanın “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə bildirib ki, agentlik Tehranın nüvə silahına hazırlıq əlamətlərini qeydə almayıb.