ABŞ və İran arasında altıncı raund görüşü iyunun 7-si və ya 8-də baş tuta bilər
ABŞ ilə İran arasında birbaşa olmayan görüşün altıncı raundu iyunun 7-si və ya 8-də keçirilə bilər. Bu barədə “Hamshahrionline.ir” portalı məlumat yayıb.
Görüşün bu həftənin sonunda – şənbə və ya bazar günü, Yaxın Şərq ölkələrindən birində baş tutacağı gözlənilir.
Məlumatda qeyd olunur ki, bəzi mənbələr bu raundun keçirilməyəcəyini də ehtimal etmişdi. Buna baxmayaraq, tərəflər arasında dolayı diplomatik əlaqələrin davam etdirilməsi istisna edilmir.
Görüşün məqsədi regional sabitlik, nüvə danışıqları və ikitərəfli gərginliyin azaldılması məsələlərini müzakirə etmək ola bilər.












































