“Kayserispor”un baş məşqçisi Samet Aybaba istefa verib

“Kayserispor”un baş məşqçisi Samet Aybaba istefa verib

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, “Kayserispor”un çalışdırıcısı Samet Aybaba istefa verib.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Cəmi 8 çempionat matçında Kayseri təmsilçisinə rəhbərlik edən Aybaba 4 heç-heçə və 4 məğlubiyyətə şahidlik edib.

Bu, mütəxəssisin son iki ildə “Kayserispor”dan ikinci ayrılığıdır. Ümumiyyətlə, klub bu müddətdə 7-ci dəfə baş məşqçisini dəyişir.