İsrail Ordusu Suriyanın cənubundakı hədəfləri atəşə tutub
İsrailin Müdafiə Ordusu, ölkə ərazisinə Suriya tərəfindən atılan iki mərmiyə cavab olaraq, Suriyanın cənubundakı müəyyən hədəflərə artilleriya zərbələri endirib. Bu barədə məlumatı İsrail Ordusunun Mətbuat Xidməti yayıb.
Qeyd edilib ki, Suriya ərazisindən atılan iki mərmi İsrailin əhalinin yaşamadığı bölgəsinə düşüb və insan tələfatı və ya dağıntı qeydə alınmayıb. Hadisəyə cavab olaraq, İsrail Silahlı Qüvvələri bölgədəki Suriya mövqelərinə zərbələr endirib.
İsrail tərəfi bu addımın təhlükəsizlik tədbiri və müdafiə xarakterli reaksiya olduğunu vurğulayıb.












































