İsrail-Türkiyə Gərginliyi Dərinləşir: Eli Koendən Sərt Açıqlama
İsrailin Energetika və İnfrastruktur naziri Eli Koen X Platformasında paylaşım edərək, “Ərdoğan antisemitizmdir və zamandan geri qalır” ifadəsini işlədib. O, həmçinin türk xalqının istibdaddan bezdiyini iddia edərək, Türkiyə rejiminin süqut ehtimalına işarə edib.
Koenin açıqlamaları, İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin, Türkiyənin Suriyadakı mövcudluğunu müzakirə etmək üçün İsrailin müdafiə rəsmilərinin iştirakı ilə bir həftə ərzində ikinci dəfə təhlükəsizlik iclası keçirəcəyini elan etməsindən sonra gəlib.
Son aylarda İsrail-Türkiyə münasibətlərində ciddi gərginlik müşahidə olunur. Xüsusilə, Suriya ərazisində İsrail və Türkiyə arasında mümkün qarşıdurma ehtimalı barədə xəbərlər yayılıb.












































