İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var

İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var

İranda Zahidan şəhərində məhkəmə binasına silahlı hücum – Ölən və yaralananlar var

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində yerləşən məhkəmə binasına silahlı şəxslər hücum edib. Hücum nəticəsində ölən və yaralananlar var.

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində silahlı insident qeydə alınıb. “Azad Iran” kanalının məlumatına görə, bir neçə silahlı şəxs Zahidan şəhərindəki məhkəmə binasına hücum edərək içəri daxil olub və atəş açıblar.

Hadisə nəticəsində məhkəmə işçiləri və təhlükəsizlik qüvvələri arasında ölən və yaralananlar olduğu bildirilir. Hücum zamanı baş verən silahlı qarşıdurmada bir neçə nəfərin həyatını itirdiyi və yaralananların olduğu qeyd olunur. Zərərçəkənlərin dəqiq sayı isə hələlik rəsmi qurumlar tərəfindən açıqlanmayıb.

Şahidlərin sözlərinə görə, hücum edənlər binanın daxilində bir neçə istiqamətdən atəş açıblar və panika yaradıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları istintaqa başlayıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Zahidan şəhərində baş verən bu silahlı hücum İranda son zamanlar artan gərginlikləri bir daha gündəmə gətirib. Hadisə yerində araşdırmalar davam edir.