
Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi Paul Gallagher’i qəbul edib. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Gallagher Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edərək, ölkədə müxtəlif dinlərin nümayəndələrinə göstərilən münasibəti yüksək qiymətləndirib. Bu görüşdə həmçinin gələcəkdə dinlərarası dialoqun gücləndirilməsi yolları da müzakirə olunub.












































