İki saata gələn 100 mindən çox “dislike”ı gizlətdi – VİDEO

İki saata gələn 100 mindən çox “dislike”ı gizlətdi – VİDEO

Ötən gün Türkiyənin gənc pop ulduzu Aleyna Tilki “Yalan” adlı klipini təqdim edib.

Birmillet.azQafqazinfo”ya istinadən xəbər verir ki, layihənin rejissoru və mahnının müəllifi Aleynanın özüdür.

Musiqinin aranjemanı isə Ozan Çolakoğluna məxsusdur. “Netd Müzik” yutub platformasında paylaşılan kliplə yanaşı mahnı da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, müğənninin yeni işi tənqidlərə məruz qalıb.

Hətta dünən iki saata 200 mindən çox baxış toplayan klip yutubda 100 mindən çox insan tərəfindən “dislike” qazanıb.

Aleynanın komandası bunun qarşısını almaq üçün kanalda olan “like” və “dislike” sayını gizlədib.

Hazırda 1 milyon 200 mindən çox baxış toplayan layihədə 19 minə yaxın şərh yazılıb. Aleyna Tilki