İdlib məsələsi ilə bağlı Rusiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Recep Tayyib Erdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında 3 saat davam edən görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriliblər.
Birmillet.az xəbər verir ki, ortaq qərara əsasən bu gecədən etibarən Suriyanın İdlib şəhərində atəşkəs elan ediləcək.
“Kritik vəziyyətlərdə hər zaman əldə olunan razılaşmalara əsaslanaraq uzlaşa bilirik. Problemin həll yolunu göstərə bilirik. Bu gün də belə oldu”, – deyə Putin qeyd edib.
Erdoğan isə çıxışında “Qısa müddətdə atəşkəsi təmin edəcəyik, daha sonra isə sürətlə birgə qəbul etdiyimiz addımları atacağıq. Bu gecə 00:01-də atəşkəs elan olunacaq”, – deyə bildirib.












































