Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”

Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”

Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar deyib: “Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”.

Bu barədə birmillet.az saytı APA-ya istinadən bildirir.

Hulusi Akar bildirib ki, hərbçilər yaxın günlərdə bölgədə olacaqlar: “Orada əsas məsələlərdən biri insani məsələdir. Ermənistan hər tərəfi dağıdıb, bunların hamısı qeydə alınıb. Edilə biləcək hər cür barbarlığı ediblər və buna davam edirlər. Getdikləri yerlərdə mina, əl qumbarası buraxmaqla ora gələcək nə qədər məsum insanın həyatına qəsd edirlər. Türkiyədən gedəcək Mehmetcik bu məsələdə azərbaycanlı qardaşlarımıza lazımi yardım göstərək və oradakı mina, partlayıcıları zərərəsizləşdirərək qardaşlarımızın zərər görməsinin qarşısını alacaq”.