GlobE Network: “Üzv ölkələrin vətəndaşları korrupsiyadan xilas olmalıdır” – Bakıda beynəlxalq iclas
Bakıda keçirilən GlobE Network plenar iclasında korrupsiyaya qarşı beynəlxalq həmrəylik çağırışı edilib
BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində Bakıda altıncı plenar iclas keçirilib. Tədbirdə çıxış edən GlobE Network Rəhbər Komissiyasının sədr müavini Nasser Abaalkhail, üzv ölkələrdə yaşayan insanların korrupsiyadan xilas edilməsinin vacibliyini vurğulayıb.
Korrupsiya dəyişən texnologiyalara uyğunlaşır
Nasser Abaalkhail qeyd edib ki, korrupsiya da texnologiyanın inkişafı ilə paralel adaptasiya olunur:
“Süni intellekt və yeni cinayət formaları artıq gələcəyin deyil, bu günün reallığıdır. Korrupsiya sərhəd tanımır. Buna görə də ədalət prinsiplərini daha da gücləndirməliyik”.
Beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət vacibdir
Rəsmiyə görə, korrupsiya ilə effektiv mübarizə üçün ölkələr öz imkanlarını yenidən gözdən keçirməli, beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir:
“Biz korrupsiyadan daha güclü olmalıyıq. Bunun üçün birlikdə atılan addımlar nəticə verməlidir. Korrupsiyaya qarşı mübarizə yalnız fərdi deyil, kollektiv məsuliyyətdir”.












































