Demet Akalın instagramda – “Gəl də bu Azərbaycana qurban olma…”

Demet Akalın instagramda – “Gəl də bu Azərbaycana qurban olma…”

Türkiyənin məşhur müğənnisi Demet Akalın özünün Instagram hesabında Azərbaycanla bağlı paylaşım edib.

Birmillet.az xəbər verir ki, Demet “Qardaş ölkə Azərbaycan xalqından duyğulandıran mesaj: kəfənimizi alıb gəlməyə hazırıq” başlıqlı məlumat paylaşaraq Türkiyənin 33 şəhid verməsinə Azərbaycanın göstərdiyi həssas münasibəti təqdir edərək öz həmkarlarını şəhidlərə hörmətsizlikdə günahlandırıb:

“Gəl də bu Azərbaycana qurban olma! Yaxşı ki, orada tanıdığım gözəl dostlarım var. Biz evdə yemək yeməyə utanırıq, amma öpüşüb videosunu Instagramda paylaşanlar var. “Bugünkü konsertimizi ləğv etdik” yazmağa əlim gəlmir. Bunu böyük bir şey kimi təqdim etmək fikrim yoxdur. Dünya çox qəribədir. Bəzi insanların ya qəlbi yoxdur, ya da onlar Mehmetciyin adını uşaq vaxtlarından eşitməyiblər. İnsanlara zorla vicdan taxa bilmərik, amma bir az hörmət etmək lazımdır. Sizin Paris səyahətləriniz ya da sevgi həyatınız qarşıma çıxır. İnsaflı olun!”

https://www.instagram.com/p/B9I84TMJKr4/