“Yeni zəfərləriniz mübarək olsun, Şuşanın qurtuluşu xeyirli, uğurlu olsun!”
Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün”Twıtter” səhifəsindən paylaşıb.
F.Altun Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciətlə “Bayraqlarımız səmada sonsuzadək dalğalansın, birliyimiz və həmrəyliyimiz əbədi olsun, əziz qardaşım”, – deyə yazıb.












































