“Fənərbaxça” səfərdə qələbə qazanıb

“Fənərbaxça” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqasında XI tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

Ortabab “Rizəspor”u qəbul edən debütant “Fatih Karagümrük” minimalhesablı qalibiyyətə sevinib.

Cari mövsüm qələbə üzü görməyən “Ankaragücü” “Antalyaspor”la görüşdə də bu həsrətə son qoya bilməyib.

“Fənərbaxça” autsayderlər zonasında qərarlaşan “Dənizlispor”un qonağı olub. İstanbul təmsilçisi yarım saatdan çox azlıqda çıxış etməsinə baxmayaraq, rəqibini məğlub etməyi bacarıb.

Tura dekabrın 7-də keçiriləcək “Trabzonspor” – “Sivasspor” (20:30) oyunu ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XI tur
6 dekabr
“Fatih Karagümrük” – “Rizəspor” – 2:1

Ndao, 15, 25 – Meriah, 20
“Antalyaspor” – “Ankaragücü” – 1:0
Yahoviç, 45+4
“Dənizlispor” – “Fənərbaxça” – 0:2

Sisse, 9, Gökhan Gönül, 40

1  Alanyaspor 10 7 2 1 20-5 23
2  Qalatasaray 11 7 2 2 19-7 23
3  Fənərbaxça 11 7 2 2 22-13 23
4  Beşiktaş 10 6 1 3 20-17 19
5  Fatih Karagümrük 11 4 5 2 19-12 17
6  Göztəpə 10 3 6 1 16-10 15
7  Konyaspor 10 4 3 3 12-7 15
8  Qaziantep 10 3 6 1 15-13 15
9  Başakşəhər 11 4 3 4 17-16 15
10  Kasımpaşa 11 4 3 4 13-13 15
11  Yeni Malatyaspor 10 3 4 3 11-13 13
12  Antalyaspor 11 3 4 4 12-16 13
13  Rizəspor 10 3 3 4 13-16 12
14  Trabzonspor 10 3 3 4 12-15 12
15  Hatayspor 8 3 3 2 7-12 12
16  Sivasspor 9 2 3 4 8-11 9
17  Ərzurum BB 10 2 3 5 11-17 9
18  Kayserispor 10 2 3 5 6-12 9
19  Gənclərbirliyi 10 2 2 6 8-17 8
20  Dənizlispor 10 1 3 6 8-18 6
21  Ankaragücü 9 0 2 7 7-16 2