“Fənərbaxça” liderliyə şərik olub, “Alanyaspor” yenə uduzub

“Fənərbaxça” liderliyə şərik olub, “Alanyaspor” yenə uduzub

Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, son gündə iki oyun keçirilib.

Sonuncu pillədə qərarlaşan “Ərzurum BB”nin qonağı olan “Fənərbaxça” 3 xalı 3 cavabsız qolla qazanıb. Bununla ardıcıl 4-cü qalibiyyətini əldə edən “sarı-lacivərdlilər” liderliyə şərik olub.

Ardıcıl uğursuz nəticələrlə liderliyi əldən verən “Alanyaspor” “Kasımpaşa” ilə də bacarmayıb. İkincilər bir saatdan çox azlıqda çıxış etməsinə baxmayaraq, rəqibini məğlub edib.

Qeyd edək ki, XIX turun matçları 15-18 yanvar tarixlərində baş tutacaq.

Türkiyə Super Liqası
XVIII tur
11 yanvar
“Ərzurum BB” – “Fənərbaxça” – 0:3

Hakan Yandaş, 45+4, Pelkas, 48, Sinan Gümüş, 51
“Alanyaspor” – “Kasımpaşa” – 1:2
Bakasetas, 40 – Hodziç, 22, Yusuf Ərdoğan, 33

1  Beşiktaş 17 11 2 4 39-21 35
2  Fənərbaxça 17 11 2 4 35-21 35
3  Qalatasaray 17 10 3 4 34-14 33
4  Qaziantep 17 8 7 2 31-19 31
5  Alanyaspor 18 9 3 6 29-16 30
6  Hatayspor 17 8 4 5 25-22 28
7  Trabzonspor 17 7 5 5 19-20 26
8  Fatih Karagümrük 17 6 6 5 27-23 24
9  Antalyaspor 18 6 6 6 19-25 24
10  Konyaspor 17 6 4 7 24-21 22
11  Sivasspor 17 5 7 5 19-21 22
12  Başakşəhər 17 6 4 7 24-28 22
13  Kasımpaşa 17 6 4 7 20-27 22
14  Yeni Malatyaspor 17 5 6 6 21-23 21
15  Rizəspor 17 5 6 6 22-30 21
16  Göztəpə 17 4 7 6 21-20 19
17  Gənclərbirliyi 17 5 4 8 18-31 19
18  Kayserispor 17 4 4 9 11-21 16
19  Ankaragücü 17 4 3 10 20-27 15
20  Dənizlispor 17 3 5 9 17-28 14
21  Ərzurum BB 18 3 4 11 16-33 13