“Fənərbaxça” İrfan Can Kahvecini heyətinə qatmaq üçün danışıqlara başlayıb

“Fənərbaxça” İrfan Can Kahvecini heyətinə qatmaq üçün danışıqlara başlayıb

Transfer çalışmalarını davam etdirən “Fənərbaxça” daha bir oyunçuya elçi düşüb.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, Super Liqa təmsilçisi “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Can Kahvecini heyətinə qatmaq niyyətindədir.

Bu isə “Qalatasaray” cəbhəsində narahatlıq yaradıb. Çünki Türkiyə millisinin üzvü ilə şəxsi müqaviləni razılaşdıran “cim-bom” “Başakşəhər”lə maliyyə məsələsində anlaşmağa çalışır. “Sarı-lacivərdlilər” də 26 yaşlı orta sahə oyunçusu üçün klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, İrfan Can 2017-ci ildən “Başakşəhər”in formasını geyinir.