“Fənərbağça” səfərdən 3 xalla döndü

“Fənərbağça” səfərdən 3 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, şənbə günü üç görüş baş tutub.

“Fənərbaxça” bu turda səfərdə “Dənizlispor”la qarşılaşıb. İstanbul klubu səfərdən çətin qələbəylə dönüb. 

“Alanyaspor” “Rizəspor”la ev oyununda darmadağına sevinib. “Kayserispor” – “Kasımpaşa” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası
8-ci tur
18 oktyabr

Qalatasaray – Sivasspor 3:2
Qol: Andone, 21; 42-pen. Babel, 74 – Kone, 69. E.Yeşilyurt, 84.

19 oktyabr

Antalyaspor – Gənclərbirliyi 0:6
Qol: Kandeyas, 1; 21; 37. Sio, 13; 42. Stanku, 57.

Başakşəhər – Göztəpə 2:1
Qol: Gulbrandsen, 11. Şkrtel, 90+1 – S.Aydoğdu, 64.

Trabzonspor – Qaziantep 4:1
Qol: Starric, 9. Sorlot, 14. Sosa, 76. Y.Sarı, 81 – Cefferson, 54.

Ankaragücü – Beşiktaş 0:0

20 oktyabr

Kayserispor – Kasımpaşa 1:1
Qol: P.Enrike, 56 – M.Tiam, 6.

Alanyaspor – Rizəspor 5:2
Qol: C.Gülselam, 16. Sisse, 29; 75. Bakasetas, 51. Fernandes, 70 – Boldrin, 66; 73

Dənizlispor – Fənərbaxça 1:2
Qol: Estupinan, 73 – T.Cigerci, 39. Muriqi, 62.

21 oktyabr

21:00 Konyaspor – Yeni Malatyaspor

İstinad: Milli.az