Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan Parlamenti Avropa İttifaqına Üzvlük Prosesini Başlatdı

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və son oxunuşda qəbul edib. Bu qanun layihəsi ictimai və siyasi təşkilatların təşəbbüsü ilə irəli sürülüb və 60 min imza toplanıb.

Səsvermədə 64 deputat lehinə, 7 deputat isə əleyhinə səs verib. Hakim “Vətəndaş müqaviləsi” fraksiyası qanunun qəbulunu dəstəkləyib, “Şərəfim var” fraksiyası əleyhinə çıxıb, “Ermənistan” fraksiyası isə səsvermədə iştirak etməyib.

Ermənistan hökuməti yanvarın 9-da Aİ-yə daxil olmaq üçün qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bildirib ki, bu qərar ümumxalq referendumu ilə təsdiqlənməlidir.