Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirilib

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirilib

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.

“Report”un məlumatına görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb.

Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.

Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.

Mənbə: report.az