Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışdı

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışdı
Bu ilin 28 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Birmillet.az saytı Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.