Çavuşoğlundan Milli Dirçəliş Günü təbriki: “1988-ci ildə Bakıda qaldırılan Azərbaycan bayrağı bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün qutlu olsun, can Azərbaycan!”
Birmillet.az saytı bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə təbrik paylaşımında bildirib.
“32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azadlığa qovuşdurdu”.













































