Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Nazir özünün rəsmi Twitter səhifəsində belə bir paylaşım edib:
“Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”













































