Boçorişvili: Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir

Boçorişvili: Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir

Cənubi Qafqazda Üçtərəfli Əməkdaşlıq – Gürcüstan, Azərbaycan və Ermənistan Rəsmi Nümayəndələri Tbilisidə Görüşdü

Cənubi Qafqaz regionu strateji əhəmiyyətə malik olmaqla yanaşı, regional əməkdaşlıq üçün böyük potensial daşıyır. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Tbilisidə keçirilən Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri nümayəndələrinin üçtərəfli görüşü zamanı bildirib.

“Bu gün bizləri bu masa ətrafında birləşdirən əsas səbəb Gürcüstanın regional əməkdaşlığa səmimi marağıortaq maraqların müəyyənləşdirilməsinə olan istəkdir. Cənubi Qafqazın böyük potensialı yalnız birgə əməkdaşlıq yolu ilə reallaşa bilər. Regionla bağlı baxışların paylaşılması və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması zamanında atılmış mühüm addımdır”, – deyə Maka Boçorişvili qeyd edib.

Nazir əlavə edib ki, Cənubi Qafqaz ölkələri arasında dialoqun və birgə təşəbbüslərin artması, sülh və sabitlik mühitinin formalaşmasında mühüm rol oynayacaq.