BMT-dən İdlibdə atəşkəslə bağlı ilk açıqlama

BMT-dən İdlibdə atəşkəslə bağlı ilk açıqlama

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi António Guterres tərəflərin İdlibdə əldə etdiyi atəşkəs razılaşmasına əməl edəcəklərinə ümid etdiyini bildirib.

Birmillet.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stéphane Dujarric açıqlama verib.

“Baş katib bu razılaşma sayəsində əziyyət çəkən mülki şəxslərin qorunacağına və düşmənçiliyin dərhal və həmişəlik bitəcəyinə ümid edir”, – deyə Dujarric qeyd edib.