“BioNTech” Türkiyəyə ayrılan vaksin dozalarının sayını artırmağı düşünür

“BioNTech” Türkiyəyə ayrılan vaksin dozalarının sayını artırmağı düşünür

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Almaniyanın “BioNTech” şirkətinin sahibi Uğur Şahin və şirkətin digər əməkdaşları ilə videokonfrans formatında görüş keçirib.

Birmillet.az saytı bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb.

F.Koca qeyd edib ki, toplantıda Türkiyədə COVID-19-a qarşı vaksinlərin istehsal olunması ilə bağlı son planlar haqqında fikir mübadiləsi aparmaqla yanaşı, Türkiyəyə ayrılan peyvənd dozalarının sayını artırmaq məsələsi də müzakirə olunub: “Yeni istehsal imkanları dövriyyəyə girdikcə Türkiyəyə ayrılan istehsal həcmi də artırılacaq”.