Binəli Yıldırımdan Azərbaycana dəstək: “Qardaşlarımızın şanlı zəfərini təbrik edirəm”.
Birmillet.az saytı bildirir ki, bu sözləri Türkiyənin keçmiş Baş Naziri, TBMM-nin deputatı Binəli Yıldırım Azərbaycanın qələbəsi münasıbətilə”Twitter” səhifəsində yazıb.
Binəli Yıldırım “Qarabağ Azərbaycandır, Türkiyə Azərbaycanın yanındadır”, – deyə də əlavə edib.
Qeyd edək ki, Binəli Yıldırım noyabr ayının 8-i Şuşanın işğaldan azad olunmasının sevincini rəsmi “Twitter”
hesabında belə bildirmişdi:
“28 il sonra Şuşa erməni işğalından xilas oldu. Şükürlər olsun”.
B.Yıldırım paylaşımında qeyd edib: “Eşq olsun, Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır”.
Mənbə: APA












































