“Beşiktaş” qalib gəlib, “Kayserispor” son sıranı tərk edib

“Beşiktaş” qalib gəlib, “Kayserispor” son sıranı tərk edib

Türkiyə Super Liqasında XVII tur davam edir.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, ikinci oyun günündə 6 matç keçirilib.

Çempionatın lideri “Beşiktaş” “Rizəspor”u 6 qolla darmadağın edib. Kile Larinin poker etdiyi görüşdəki i bu qələbə ilə İstanbul təmsilçisi mövqeyini möhkəmlədib.

Ön pillələrdə qərarlaşan “Hatayspor” paytaxt səfərində “Gənclərbirliyi”nə uduzub. “Göztəpə”ni məğlubiyyətə uğradan “Trabzonspor” hataylilara yaxınlaşıb.

Son çempion “Başakşəhər” “Ərzurum BB”ni bir qolla üstələyib. “Dənizlispor”u Pedro Enrikenin qolu ilə yenən “Kayserispor” son pillədən ayrılıb. Orta pillələrdə yer alanların duelində “Antalyaspor” “Fatih Karagümrük”ü məğlub edib.

Qeyd edək ki, tura yanvarın 7-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XVII tur
6 yamvar
“Dənizlispor” – “Kayserispor” – 0:1

Enrike, 21
“Gənclərbirliyi” – “Hatayspor” – 3:1
Piris, 45 (pen.), 54 (pen.), Sio, 84 – Bupendza, 25
“Başakşəhər” – “Ərzurum BB” – 1:0
Qulbrandsen, 40
“Trabzonspor” – “Göztəpə” – 1:0
Ekuban, 27
“Antalyaspor” – “Fatih Karagümrük” – 3:1
Özmert, 19 (pen.), Bayrakdar, 37, Albayrak, 71 – Balkoveç, 10
“Beşiktaş” – “Rizəspor” – 6:0
Larin, 19, 31, 79, 84, Özyakup, 55, Hasiç, 89

1 Beşiktaş 16 11 1 4 37-19 34
2 Qaziantep 16 8 7 1 30-17 31
3 Alanyaspor 16 9 3 4 27-12 30
4 Qalatasaray 16 9 3 4 28-14 30
5 Fənərbaxça 15 9 2 4 30-20 29
6 Hatayspor 16 8 3 5 23-20 27
7 Trabzonspor 17 7 5 5 19-20 26
8 Konyaspor 16 6 4 6 23-19 22
9 Fatih Karagümrük 16 5 6 5 25-22 21
10 Yeni Malatyaspor 16 5 6 5 21-22 21
11 Antalyaspor 17 5 6 6 18-25 21
12 Rizəspor 16 5 5 6 21-29 20
13 Göztəpə 16 4 7 5 21-19 19
14 Sivasspor 16 4 7 5 17-20 19
15 Başakşəhər 16 5 4 7 22-27 19
16 Gənclərbirliyi 16 5 4 7 18-25 19
17 Kasımpaşa 16 5 4 7 18-26 19
18 Ankaragücü 16 4 3 9 19-25 15
19 Dənizlispor 16 3 4 9 16-27 13
20 Kayserispor 16 3 4 9 10-21 13
21 Ərzurum BB 17 3 4 10 16-30 13