“Beşiktaş”la “Qalatasaray” da bacarmayıb

“Beşiktaş”la “Qalatasaray” da bacarmayıb

Türkiyə Super Liqasında XIX turun daha 3 oyunu keçirilib.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, açılış matçında autsayder “Dənizlispor” doğma arenasında “Hatayspor”a məğlub olub.

Eyni xala malik “Yeni Malatyaspor”la “Rizəspor”un duelində birincilər böyükhesablı qələbəyə sevinib.

Turun mərkəzi oyununda İstanbul derbisi baş tutub. Super Liqanın son 6 oyununda 5 qələbə, 1 heç-heçəlik nəticə göstərərək liderliyə yüksələn “Beşiktaş” ondan iki xal geri qalan “Qalatasaray”ı qəbul edib.

Qonaq komanda hücumçusu Mbaye Dianın 58-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən yarım saatdan çox azlıqda çıxış edib. “Cim-bom” azlıqda sona qədər tab gətirə bilməyib. Nəticədə rəqibi üzərində qələbə qazanan “Beşiktaş” liderliyini davam etdirib.

Qeyd edək ki, tura yanvarın 18-də keçiriləcək “Fənərbaxça” – “Ankaragücü” və “Kasımpaşa” – “Ərzurum BB” (hər ikisi saat 20:00) oyunları ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XIX tur
17 yanvar
“Dənizlispor” – “Hatayspor” – 0:2

Muhammet Özkal, 47 (avtoqol), Diuf, 78 (pen.)
“Yeni Malatyaspor” – “Rizəspor” – 4:1
Kubilay Kanatsızkuş, 46, 50, Umut Bulut, 61, Mustafa Eskihellac, 74 – Skoda, 30 (pen.)
“Beşiktaş” – “Qalatasaray” – 2:0
Jozef, 79, Nkudu, 90+1

1  Beşiktaş 18 12 2 4 41-21 38
2  Fənərbaxça 17 11 2 4 35-21 35
3  Qaziantep 18 9 7 2 33-20 34
4  Qalatasaray 18 10 3 5 34-16 33
5  Hatayspor 18 9 4 5 28-22 31
6  Alanyaspor 18 9 3 6 29-16 30
7  Fatih Karagümrük 18 7 6 5 30-24 27
8  Trabzonspor 18 7 6 5 20-21 27
9  Antalyaspor 19 6 7 6 20-26 25
10  Yeni Malatyaspor 18 6 6 6 25-24 24
11  Sivasspor 18 5 8 5 20-22 23
12  Başakşəhər 18 6 5 7 25-29 23
13  Konyaspor 18 6 4 8 26-24 22
14  Göztəpə 18 5 7 6 24-22 22
15  Kasımpaşa 17 6 4 7 20-27 22
16  Rizəspor 18 5 6 7 23-34 21
17  Gənclərbirliyi 18 5 4 9 19-34 19
18  Kayserispor 18 4 4 10 12-23 16
19  Ankaragücü 17 4 3 10 20-27 15
20  Dənizlispor 18 3 5 10 17-31 14
21  Ərzurum BB 18 3 4 11 16-33 13