“Beşiktaş” “Hatayspor”la matçda xal itirib

“Beşiktaş” “Hatayspor”la matçda xal itirib

Türkiyə Super Liqasında XVIII tur davam edir.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 4 oyun keçirilib.

Meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. Çempionatın lideri “Beşiktaş” “Hatayspor”un qonağı olub.

Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib. “Rizəspor”la görüşdən “Dənizlispor” erkən qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Son çempion “Başakşəhər” autsayderlər qrupunda yer alan “Ankaragücü” üzərində çətin qələbə qazanıb. Orta pillələrdə qərarlaşan rəqiblərin duelində “Konyaspor”u üstələyən “Fatih Karagümrük” rəqibini turnir cədvəlində də arxada qoyub.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
XVIII tur
10 yanvar
“Fatih Karagümrük” – “Konyaspor” – 2:1

Bertolaççi, 66, Ndiaye, 81 – Yevtoviç, 84
“Ankaragücü” – “Başakşəhər” – 1:2
Çekici, 20 – Viska, 17, Ba, 56
“Rizəspor” – “Dənizlispor” – 1:1
Rüzgar, 90 – Rodalyeqa, 9
“Hatayspor” – “Beşiktaş” – 2:2
Bupendza, 7, 23 – Abubakar, 6, Larin, 41

1 Beşiktaş 17 11 2 4 39-21 35
2 Qalatasaray 17 10 3 4 34-14 33
3 Fənərbaxça 16 10 2 4 32-21 32
4 Qaziantep 17 8 7 2 31-19 31
5 Alanyaspor 17 9 3 5 28-14 30
6 Hatayspor 17 8 4 5 25-22 28
7 Trabzonspor 17 7 5 5 19-20 26
8 Fatih Karagümrük 17 6 6 5 27-23 24
9 Antalyaspor 18 6 6 6 19-25 24
10 Konyaspor 17 6 4 7 24-21 22
11 Sivasspor 17 5 7 5 19-21 22
12 Başakşəhər 17 6 4 7 24-28 22
13 Yeni Malatyaspor 17 5 6 6 21-23 21
14 Rizəspor 17 5 6 6 22-30 21
15 Göztəpə 17 4 7 6 21-20 19
16 Kasımpaşa 16 5 4 7 18-26 19
17 Gənclərbirliyi 17 5 4 8 18-31 19
18 Kayserispor 17 4 4 9 11-21 16
19 Ankaragücü 17 4 3 10 20-27 15
20 Dənizlispor 17 3 5 9 17-28 14
21 Ərzurum BB 17 3 4 10 16-30 13