“Beşiktaş” darmadağınla qalib gəlib, “Fənərbaxça” büdrəyib

“Beşiktaş” darmadağınla qalib gəlib, “Fənərbaxça” büdrəyib

Türkiyə Super Liqasında XX tur başa çatıb.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, turun son günündə 4 matç baş tutub.

Çempionatın lideri “Beşiktaş” səfərdə “Fatih Karagümrük”lə görüşüb. Qonaqlar böyükhesablı qələbə ilə 3 xal qazanıb.

Liderliyə şərik “Fənərbaxça” çətin Sivas səfərində qüvvəsini sınayıb. İstanbullular məğlubiyyətdən qaçsalar da, xal itkisi ilə üzləşiblər.

Bir müddət liderlik edən “Alanyaspor”un enişi autsayderlər qrupunda yer alan “Ərzurum BB” ilə səfər oyunundakı heç-heçə ilə davam edib. Aşağı pillələrdə qərarlaşan “Ankaragücü” və “Kasımpaşa”nın dueliundə meydan sahibləri minimal hesabla qalib gəlib.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 23-25-də keçiriləcək.

Türkiyə Super Liqası
XX tur
21 yanvar
“Ərzurum BB” – “Alanyaspor” – 1:1

Bassan, 31 – Bakasetas, 58
“Fatih Karagümrük” – “Beşiktaş” – 1:4
Borini, 78 (pen.) – Abubakar, 44, Mensah, 50, 70, Larin, 66
“Ankaragücü” – “Kasımpaşa” – 1:0
Haderqyonay, 16 (avtoqol)
“Sivasspor” – “Fənərbaxça” – 1:1
Yatabare, 18 – Valensiya, 45 (pen.)

1 Beşiktaş 19 13 2 4 45-22 41
2 Fənərbaxça 19 12 3 4 39-23 39
3 Qalatasaray 19 11 3 5 40-17 36
4 Qaziantep 19 9 7 3 33-23 34
5 Alanyaspor 19 9 4 6 30-17 31
6 Hatayspor 19 9 4 6 28-24 31
7 Trabzonspor 19 8 6 5 23-22 30
8 Fatih Karagümrük 19 7 6 6 31-28 27
9 Yeni Malatyaspor 19 7 6 6 27-25 27
10 Göztəpə 19 6 7 6 28-22 25
11 Antalyaspor 19 6 7 6 20-26 25
12 Sivasspor 19 5 9 5 21-23 24
13 Rizəspor 19 6 6 7 26-34 24
14 Başakşəhər 19 6 5 8 25-31 23
15 Konyaspor 19 6 4 9 27-27 22
16 Kasımpaşa 19 6 4 9 21-30 22
17 Kayserispor 19 5 4 10 14-23 19
18 Gənclərbirliyi 19 5 4 10 19-38 19
19 Ankaragücü 19 5 3 11 22-30 18
20 Ərzurum 20 4 5 11 19-35 17
21 Dənizlispor 19 3 5 11 18-36 14