Türkiyə Super Liqasında XVII tur start götürüb.
Apasport.az saytının məlumatına görə, I dövrənin son turunun ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə qarşılaşması İstanbulda keçirilib. Mükafatlara iddialı “Beşiktaş” çempionatın ortababı “Gənclərbirliyi”ni sınağa çəkib.
Görüşdə hesabı Ankara təmsilçisi açıb. “Ağ-qaralar” yalnız fasilədən sonra öncə hesabda tarazlıq yaradıb, ardınca 3 qol vuraraq böyükhesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 28-29-da keçiriləcək.
Türkiyə Super Liqası
XVII tur
27 dekabr
“Beşiktaş” – “Gənclərbirliyi” – 4:1
Vida, 49, Nikoudou, 60, Özyakup, 74, Hatçinson, 90 – Ayite, 24
| 1. | Sivasspor | 16 | 10 | 4 | 2 | 34:16 | 34 |
| 2. | Başakşəhər | 16 | 8 | 6 | 2 | 27:16 | 33 |
| 3. | Beşiktaş | 17 | 9 | 3 | 5 | 27:22 | 30 |
| 4. | Trabzonspor | 16 | 8 | 5 | 3 | 29:17 | 29 |
| 5. | Fənərbaxça | 16 | 8 | 4 | 4 | 32:20 | 28 |
| 6. | Alanyaspor | 16 | 7 | 5 | 4 | 29:15 | 26 |
| 7. | Qalatasaray | 16 | 6 | 6 | 4 | 18:15 | 24 |
| 8. | Y.Malatyaspor | 16 | 6 | 5 | 5 | 31:21 | 23 |
| 9. | Göztəpə | 16 | 6 | 5 | 5 | 19:19 | 23 |
| 10. | Qaziantep | 16 | 6 | 5 | 5 | 25:27 | 23 |
| 11. | Dənizlispor | 16 | 6 | 3 | 7 | 17:21 | 21 |
| 11. | Rizəspor | 16 | 6 | 2 | 8 | 16:25 | 20 |
| 13. | Gənclərbirliyi | 17 | 4 | 6 | 7 | 28:32 | 18 |
| 14. | Kasımpaşa | 16 | 4 | 3 | 9 | 25:29 | 15 |
| 15. | Konyaspor | 16 | 3 | 6 | 7 | 14:22 | 15 |
| 16. | Antalyaspor | 16 | 3 | 5 | 8 | 15:28 | 14 |
| 17. | Ankaragücü | 16 | 2 | 5 | 9 | 13:32 | 11 |
| 18. | Kayserispor | 16 | 2 | 4 | 10 | 14:36 | 10 |












































