Bakıda TürkPA Şurasının iclası keçirilir, sədrlik Türkiyədən Azərbaycana keçib – FOTO

Bakıda TürkPA Şurasının iclası keçirilir, sədrlik Türkiyədən Azərbaycana keçib – FOTO

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının 9-cu iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bununla bağlı rəmzi toxmağı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edərək, onu təbrik edib.