Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı müzakirə edilib
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıya yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunub.
Rəşad Məmmədov bildirib:
“Biz Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə etdik və onların inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi apardıq. Əminəm ki, hörmətli həmkarımla sıx əməkdaşlıq edərək qardaş ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcəyik.”
Qeyd edək ki, Birol Akgün fevral ayından Azərbaycanda səfir kimi fəaliyyətə başlayacaq.












































