Bu gün, martın 18-də Bakıda bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya keçiriblər.
Birmillet.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, onlar Türkiyədə həbs edilən “Palmalı” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu müdafə etdiklərini bildiriblər.
Bəzi şəxslər elə aksiyanın gedişindəcə M.Mənsimovun müdafiəsi ilə bağlı imza toplanmasına da başlayıblar.Aksiya iştirakçılarından biri bildirib ki, M.Mənsimovun həbsinə etiraz bəyanatı hazırlanır . “Bəyanatda Türkiyənin hüquqi dövlət olduğu vurğulanır. Azərbaycanla Türkiyə dövlət rəhbərləri İlham Əliyevin (Azərbaycan prezidenti) və Erdoğanın (Türkiyə prezidenti) bir çox məsələlərdə birgə lazımı addımlar atdıqları yada salınır. Eyni zamanda, M.Mənsimovun xidmətləri qeyd edilir və hər iki dövlət rəhbərindən xahiş edilir ki, tanınmış iş adamının həbsdən azad olunmasında yardlçı olsunlar” deyə həmin şəxs bildirib.
Aksiya təşkilatçıları haqqında bəhs edilən bəyanatı oxumaq istəsələr də polis əməkdaşları buna imkan verməyiblər. Daha sonra polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Polis bunu aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib. Türkiyə səfərliyindən aksiyaya dair münasibət almaq mümkün olmayıb.












































