Azərbaycanda dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Azərbaycanda dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Azərbaycan dəmir yolu nəqliyyatında cərimələr artırılır

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilən layihəyə əsasən, dəmir yolu qaydalarının pozulmasına görə cərimələrin məbləği artırılacaq.

Dəyişikliyə əsasən, dəmir yolunun qoruyucu çəpərlərinin, siqnalizasiya və rabitə qurğularının zədələnməsinə görə cərimə hazırkı 150 manatdan ziyanın bir mislindən iki mislinədək artırılacaq.

Dəmir yolunda yük vurulması və boşaldılması zamanı qabarit qaydalarına əməl etməyənlər üçün cərimələr artırılır. Fiziki şəxslər üçün 30 manatdan 60 manata, vəzifəli şəxslər üçün isə 100 manatdan 200 manata qaldırılır.

Qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimə 200 manatdan 400 manata yüksəldilir.

Yük qatarlarında özbaşına getmək, hərəkət edən qatara minmək, vaqonların pillələrində və damlarında hərəkət etmək, qatarı özbaşına dayandırmaq 50 manatdan 100 manata qaldırılır.

Dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə cərimə hazırkı 100 manatdan vurulan ziyanın iki mislinədək artırılacaq.