Azərbaycan vətəndaşları bu il Türkiyədə 1 045 ev alıb

Azərbaycan vətəndaşları bu il Türkiyədə 1 045 ev alıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 045 daşınmaz əmlak alışı həyata keçirib.

APA-Economics”in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% və ya 39 vahid azdır.

Təkcə bu ilin noyabr ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 91 mənzil alınıb ki, bu da əvvəlki ayla müqayisədə 27,2% və 34 vahid azdır.

Beləliklə, Azərbaycan Türkiyədə ev alan xarici vətəndaşlar arasında 11-ci sırada qərarlaşıb. Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Türkiyədə xaricilərə 40 616 ev satılıb. Ən çox ev alanlar siyahısında ilk üçlükdə İraq (6 699 ev), İran (4 660 ev) və Rusiya (2 531 ev) yer alıb.